Şb. Apr 4th, 2020

İsrail hərbçiləri müsəlmanların müqəddəs məkanına hücum etdi

İsrail polisi Qüdsdəki Əl-Əqsa məscidinə hücum edib.

Turkustan.info “Anadolu Ajansı”na istinadən xəbər verir ki, polis camaatın məsciddə cümə namazı qılmasından sonra onlara hücum edib.

Polisin insanlara qarşı səs bombası və göz yaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Qeyd edək ki, Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur. 

Məscidül-Həramdan sonra tikilən ən qədim ikinci məscid hesab olunur.  Azərbaycanca “Ən uzaqdakı məscid” mənasını verir.  /Modern.az/

 

Paylaş:

mersin escort bayan mersin escort