Bz. Avq 25th, 2019

Mübariz İbrahimov haqda filmin çəkilişləri dayanıb – SƏBƏB MALİYYƏDİR

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Siyah sancak: Mübariz” filmi maliyyə sıxıntısı ilə üzləşib.

Turkustan.info bildirir ki, bu barədə AzNews.az-a  layihənin sözçüsü məlumat verib. Onun sözlərinə görə, “Siyah sancak: Mübariz” filminin maliyyə dəstəyi ancaq görülən işlər üçün hesablanıb:

“Əldə olan maliyyə planlanmış işlər üçün xərcləndiyindən ortaya çıxan ekstra xərcləri qarşılamaqda doğurdan da ciddi şəkildə çətinlik çəkirik. Qrupların yerləşdirilməsi, günlük yaşam ehtiyacların hamısı da bu vəsaitə bağlı olanda belə hallar olur. Ümid edirik ki, bu filmin çəklişlərində lazım olan dəstək vətənsevər vətəndaşlardan gələcək. Bizim məqsədimiz pul qazanmaq deyil, böyük işlər görməkdir. Bu film bütün Türk dünyasının qəhrəmanı haqqında balladadır”.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatından bəhs edən “Siyah sancak: Mübariz” adlı filmin çəkilişlərinə başlanılıb. Çəkiliş Türkiyənin HUN media şirkəti tərəfindən aparılır.

Paylaş: