Şb. Sen 21st, 2019

Qarabağda təxribatçı erməni əsgər yaralandı

İşğal altında olan Dağlıq Qarabağda daha bir erməni əsgəri yaralanıb.
Turkustan.info Ermənstan mətbuatına istinadən xəbər verir ki, iyulun 26-də yerli vaxtla saat 20:45 radələrində Qarabağın şimal-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər David Arturoviç Milan baş nahiyəsindən güllə yarası alıb.

Əsgər dərhal hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin səbəblərinin araşdırılması üçün təhqiqat aparılır.

Paylaş: