C. Noy 15th, 2019

Əjdər İsmayılov dünyada istinad ediləsi mötəbər alim tövsiyə edildi

Bildiririk ki, tanınmış alim, cavidşunas, türkçü, ictimai-siyasi xadim, məşhur 91-lər dən, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, filoloq tarixçi professor Əjdər İsmayılov (Əjdər Tağıoğlu) dünyanın nüfuzlu ABŞ Konqres Kitabxanasının virtual kataloquna azətbaycanlı alim, filoloq, tarixçi və siyasətçi kimi qeydə alınıb. Professor Əjdər ismayılova beynəlxalq İSNI kod verilməklə eyni zamanda dünyada istinad ediləsi mötəbər alim və əsərləri dünyada etibarlı mənbə kimi istinad ediləsi alim kimi göstərilib.

Professor Əjdər İsmayılovun ABŞ Konqres Kitabxanasının elektron kataloquna daxil edilən əsərlərindən 2006-cı ildə nəşr edilmiş  “Qədim Ön Asiya və Ön Qafqaz Türk tayfaları” (səh.800) və  “Dünya romantizm ənənələri və Hüseyn Cavid” (ilk nəşr 1982-ci ildə “Yazıçı”, təkrar nəşr 2017-ci “Elm və təhsil” nəşriyyatı, səh.220) əsərləridə yer almışdır.

Xatırladaq ki, Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” adlı əsəri Azərbaycan elmində çox böyük hadisədir. Erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək “Böyük Armeniya” uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu monumental əsərdə alt-üst edilir. Beləki problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan “Armeniya” sözünün mənşəindən danışır. O, toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan “Arme” ilə əlaqələndirir. Müəllif erməni saxtakarlığını açmaq və oxucunu “Böyük Armeniya” mifi ehkamından xilas etmək üçün “Arme” ölkə adının “Armeniya” formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verir.

Cavidşünaslıqda mühüm yer tutan  “Dünya romantizm ənənələri və Hüseyn Cavid” əsərdə isə Əjdər Tağıoğlu Hüseyn Cavid romantizminin kontekstində dünya ədəbiyyatının romantik korifeyləri arasında tipoloji araşdırmalar aparıb və Azərbaycan romantizminin dünya romantizminin tərkib hissəsi kimi təhlilə çəkib.

Qeyd edək ki, görkəmli ədəbiyyatşünas alimlərimiz bu monoqrafiyaya qədər Azərbaycan romantizminin yaranmasını 1905-1917-ci illərdə baş vermiş tarixi hadisələrlə əlaqələndirirdilər. Problemə bu mövqedən yanaşma Hüseyn Cavid romantizmini Nizami ilə başlanan klassik fəlsəfi romantik poeziyanın ənənələrindən məhrum edirdi, digər tərəfdən mütəfəkkir şairin dünya ədəbiyyatının nəhəng korifeyləri Şekspir, Bayron, Şiller, Höte ilə bir sırada dayanmaq hüququnu məhdudlaşdırırdı.

Onuda qeyd edək ki, ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb.

Paylaş: