C. Noy 15th, 2019

Bakıda restoranlarda qeyri-adi qadağalar – TƏƏCCÜBLƏNƏCƏKSİNİZ – VİDEO

Bakıdakı bəzi restoranlarında qeyri-adi qadağalar tətbiq edilir.

Turkustan.info Xezerxeber.az-a istinadən məlumatına görə, idman geyimində və açıq ayaqqabı ilə girişə qadağa qoyulur.

Müştəri məkana daxil olmaq üçün klassik, ya da yarım klassik geyinməlidir. Bəzi yerlərdə isə domino oynamaq istəsəniz, masada mütləq xanımlar da olmalıdır.

Baş çəkdiyimiz restoranlardan birində isə dedilər ki, bu məkanda çayın qiyməti müraciət formasına görə dəyişir. Məsələn, “Zəhmət olmasa, çay ver”, “Çay ver”, “Tez ol, çay ver” kimi müraciətlər sifarişin qiymətlərini müəyyənləşdirir. Restoranlardakı bu qeyri-adi qadağalarapaytaxt sakinlərinin münasibəti isə birmənalı deyil.

Turizm və Menecment Universitetinin müəllimi İldırım Musayev hesab edir ki, belə qadağaların tətbiqi düzgün deyil. Çünki belə qadağaların heç bir elmi və qanuni əsasları yoxdur: “Dünyanın 40-dan çox inkişaf etmiş turizm ölkəsi var. Bunların 20-si Avropada yerləşir. Heç birində belə qayda- qanun yoxdu. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da həm mehmanxana restoranlarında, həm də elit restoranlarda daxili nizam-intizam standartları var: nə olar?, nə olmaz? Yəni bu, daxili göstərişdir. Marketinqin əsas prinsipləri var: yaxşı xammal almalısan, yaxşı məhsul istehsal etməlisən və yaxşı xidmət göstərməlisən”.

Müştəri qazanmağın yeganə yolu da məhz budur. Günü-gündən artan restoranlarda xidmət səviyyəsini yüksəltmək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Paylaş: