Ç. Noy 13th, 2019

Akayev, Bakiyev, Yanukoviç… – Putin onlardan fərqli olaraq Köçəryanı qurban verdi: – NİYƏ?

“Robert  Köçəryanın həbsi Ermənistan-Rusiya münasibətlərinə heç bir real təsir göstərməyəcək”.

Turkustan.info xəbər verir ki, bunu Ermənistanın Mühafizəkarlar Partiyasının sədri Mikael Ayrapetyan deyib.

Onun sözlərinə görə, bu həbs daxili siyasi vəziyyətə də təsirsiz qalacaq: “Bu, olsa-olsa ölkə əhalisinə müsbət təsir göstərə bilər, gələcəyə ümidi artırar, xüsusilə də aprel hadisələrindən sonra”.

Partiya sədri “Bu hadisə postsovet məkanında prezident Putinlə yaxın olan ilk adamın həbsiylə bağlı ilkdir. Heç zaman olmayıb ki, Putinə yaxın olan şəxslər cəzalandırılsın- Akayev, Bakiyev, Yanukoviç. Putin onları dəstəkləyib, amma Köçəryanı dəstəkləyə bilmir. Bu həbs rus-erməni münasibətlərinə necə təsir edəcək?” sualına cavabında bunları bildirib:

– Avtoritet liderlər üçün yaxınlıq, dostluq siyasi kateqoriya deyil. Putin hər zaman Köçəryandan alət kimi istifadə barədə düşünüb. Buna görə də “kömək edə bilməz” məsələsi yoxdur. Yanukoviçlə bağlı məsələ başqadır- mavr işini gördü, mavr getməldiir. Ondan fərqli olaraq, Köçəryanın daha bir “qara işi” vardı. Belə adamlara həmişə elə gəlir ki, hansısa avtoritet liderlə yaxındırlar, əslində isə onlar öz xalqına qarşı cinayətdə istifadə ediləcək alətdir. Köçəryan hadisəsi bizə yaxşı dərs də verə bilər, bilərik ki, əbədi dəyər ancaq öz vətəndaşları ilə birlikdə vətəndir. Köçəryanın həbsi Rusiya proqramından kənar ola bilməz, buna görə də münasibətlərə heç bir təsir etməyəcək.

Xaçaturovla bağlı vəziyyətdən də danışan partiya sədri “Burada durum 1921-ci ildəkinə bənzəyir. Erməni tərəfi erməni-türk danışıqlarında iştirakdan kənarda saxlandı. Halbuki onun taleyi həll edilirdi. Burda cənab baş nazirdən böyük müdriklik tələb edilir ki, növbəti dəfə uduzmayaq”,- deyə vurğulayıb.

/Cebhe.info/

Paylaş: