C. Noy 15th, 2019

SOCAR “Turan” adlı beynəlxalq şirkət yaratdı

Turkustan.info xəbər verir ki, yeni birgə müəssisə “Turan Qazma və Mühəndislik şirkəti” adlanır.
Mərasimdə çıxış edən “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev qeyd edib ki, şirkət 2008-ci ildə qazma əməliyyatlarına başlayıb və bir çox ilklərə imza atıb, nailiyyyətlər qazanıb. O, bu gün müəssisənin yaradılmasına dair müqavilənin imzalanmasının Azərbaycanın neft-qaz sənayesi tarixində çox əlamətdar hadisə olduğunu bildirib:
“Bu gün əsası qoyulan birgə müəssisə “SOCAR AQŞ” və “KCA Deutag” şirkətlərinin səriştə və təcrübəsini özündə birləşdirən, bütün qabaqcıl beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərən Azərbaycan müəssisəsi olacaq. Sifarişçilərinə ən müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək bu müəssisə yerli və regional qazma sənayesinin inkişafında çox ciddi rol oynayacaq”.
“KCA Deutag” şirkətinin baş icraçı direkoru Norri Makkey bildirib ki, bu birgə müəssisə yeni imkanlar yaradacaq:
“Bu birgə müəssisə həm də Azərbaycandan kənarda, Xəzəryanı bölgələrdə biznes imkanlarını araşdıracaq.”

Paylaş: