C. Noy 15th, 2019

Yol çökdü, avtomobillər torpağın altında qaldı – VİDEO

İstanbulda Ümraniyə qəsəbəsində torpaq sürüşməsi baş verib.

Turkustan.info türk mətbuatına istinadən xəbər verir ki, tikinti işləri aparılan ərazinin hasarı və asfaltın bir hissəsi uçub.

Nəticədə divarın yaxınlığında park edilən 2 minik avtomobil və 1 yük maşını çuxura düşüb.

Çuxurun dərinliyinin 20 metr olduğu bildirilib.

Hadisə yerinə polis,  xilasedici və təcili tibbi yardım heyəti gəlib.

Paylaş: