Ç. Noy 13th, 2019

Azərbaycanda maaşla neçə dəfə nəqliyyata minmək olar? – HESABLANDI

“Azərbaycan vətəndaşı ictimai nəqliyyatı Türkiyədəkindən 3,7 dəfə baha istifadə edəcək”.

Turkustan.info xəbər verir ki, bunu hüquqşünas Ələsgər Əhmədoğlu deyib. 

Onun sözlərinə görə, Türkiyədə minimum əmək haqqı 2018-də (Asgari Ücret) 2018 Brüt (Aylık): 2.029,50 TL müəyyən edilib: 

“Yəni, bu günkü kursla 710 manatdır. Bu pulla Türkiyədə an aşağı (0,44 man) ictimai nəqliyyatdan 1601 dəfə istifadə etmək olar. Azərbaycanda minimum əmək haqqı 130 manatdır. Bu pulla cəmi 433 dəfə ictimai nəqliyyatdan istifadə etmək olar”.   /Cebhe.info/

Paylaş: