Ç. Noy 13th, 2019

Qarabağ TV üçün Birinci vitse-prezidentə müraciət olundu – MƏTN

“Hörmətli Mehriban xanım, Azərbaycan 1988-ci ildən bu günə qədər erməni teroruna və işğalına məruz qalmaqdadır. Bu illər ərzində onlara qarşı bir neçə dəfə informasiya sahəsində mübarizə başlansa da, əksəriyyəti fiaskoya uğradı.

Bu gün bizim ermənilərə qarşı informasiya müharibəsində uduzuduruq. Bu müharibəni aparan adamlar bilirlər ki, düzgün qurulmuş və düzgün aparılan informasiya müharibəsi vasitəsilə, hərbi qələbəni məğlubiyyətə və ya əksinə, hərbi məğlubiyyəti qələbəyə çevirmək olar. İnformasiya texnologiyalarının inkişafı, bu müharibənin aparılma üsullarına, və miqyasına bilavasitə təsir edir. Əfsuslar olsun ki ölkəmiz bu müharibənin düz ortasındadır, Azərbaycana qarşı bir çox cəbhədən aktiv informasiya müharibəsi gedir, bu müharibənin qaçılmaz fənlərindən biri psixoloji əməliyyatlardır ki bunlar da bizə qarşı aktiv tətbiq edilir. Bunların içərisində ən aktiv olanı Ermənistan cəbhəsidir, dünya tərəfdən olan informasıya “atəşinin” böyük hissəsi də məhz ermənilərin nailiyyətidir.

Qeyd edim ki, Qarabağın erməni torpağı olduğunu “sübut” etmək, Azərbaycanın müharibə istədiyini, Ermənistanın isə yalnız müdafiə mövqeyində durduğu fikrini beynəlxalq ictimaiyyətə aşılamaq erməni informasiya cəhbəsinin əsas istiqamətidir. Paralel olaraq Dağlıq Qarabağda qurduqları qondarma qurumu müstəqil dövlət kimi təqdim etmək və tanıdmaq, bu yolla müharibənin Qarabağla Azərbaycan arasında qetdiyi fikrini yaymaq, Ermənistanın isə yalnız Qarabağ xalqını Azərbaycanın təcavüzündən qorumağla məşğul olduğunu aşılamaq onların əsas fəaliyyətidir.

Məhz niyə Sizə müraciət etdim. Bu hakimiyyətdə elə qüvvələr var ki, Prezidentə müraciət etsək, onu əngəlləməyə çalışacaqlar idi. Lakin Siz xarektercə mübariz insansız və biz qarabağlılar bilirik ki, içinizdə Vətən və Qarabağ sevgisi vardır. Biz inanırıq ki, müraciətimizi qəbul edib ermənilərə qarşı İnformasiya müharibəsində yanımızda olacaqsız və QARABAĞ TV kanalının açılmasında dəstək olacaqsız.

Qarabağ TV-nin əsas istiqaməti Qarabağ barədə real və daha düzgün informasiya mübarizəsi aparmaq və düşmənə qarşı hücum taktikasını icra etməkdir. Bunun üçün komandamız hazırdır.

Biz Qarabağlılar adından Zaur Əliyev”.

Paylaş: