Ç. Noy 13th, 2019

Xaçmazda əxlaqsızlıq yuvası aşkarlandı

Xaçmazın Çarxı kəndi ərazisində əxlaqsızlıq yuvası aşkarlanıb.

DİN-dən  verilən xəbərə görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş. Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub. 

İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan iki qadın saxlanılıb. 

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.   /Oxu.Az/

Paylaş: