Ca. Sen 19th, 2019

Güzəştli mənzillərin yenidən satışının həyata keçiriləcəyi tarix açıqlandı

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışının həyata keçiriləcəyi tarix açıqlanıb.

Turkustan.info xəbər verir ki, Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı 5 sentyabr 2018-ci il, saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il saat 11:00-dək davam edəcək.

Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.  /Oxu.Az/

Paylaş: