Ca. Sen 19th, 2019

İrəvan Lavrova CAVAB VERDİ

Ermənistanda daxili siyasi proseslər xarici siyasətlə bağlı deyil.

Turkustan.info “Arminfo” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun bəyanatını şərh edən Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

“Biz hüquqi dövlətin formalaşması ilə bağlı olan daxili proseslərə beynəlxalq reaksiyaları izləyirik. Bu proseslər Ermənistanın xarici siyasətiylə əlaqəli deyil”, – Balayan deyib.

Mətbuat katibinin sözlərinə görə, erməni tərəfi təsdiq edir ki, parlament tərəfindən təsdiq edilmiş hökumət proqramı ilə möhkəmləndirilmiş xarici siyasət prioritetləri Ermənistan-Rusiya ittifaqın dərinləşməsinə, Avrasiya İqtisadi İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı münasibətlərin təsirliliyin artmasına hədəflənib”, – Balayan bildirib.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovun sözlərinə görə, Ermənistanda baş verən hadisələr siyasi sələflərini təqib etməyəcəyini bildirən yeni ölkə rəhbərliyinin bəyanatları ilə ziddiyyət təşkil edir.

“Rusiya Ermənistanın müttəfiqi kimi bu ölkənin sabitliyində maraqlıdır. Həmçinin, Ermənistanın MDB məkanında iştirak etdiyi təşkilatların normal işi nöqteyi-nəzərindən bu ölkədə baş verənlər bizi narahat edir. Son günlər ərzində bir neçə dəfə erməni rəhbərliyinə narahatlığımızı çatdırmışıq. Hesab edirik ki, vəziyyət konstruktiv yol üzrə gedəcək”, – Lavrov iyulun 31-də bildirib.

Onun sözlərinə görə, bu ilin mayında Ermənistanda siyasi böhran zamanı Moskvada böyük məmnunluqla qeyd edirdilər ki, böhranın həlli bütün aparıcı partiyaların iştirakıyla güzəşt əsasında tapıldı.

“Biz ümid edirdik ki, bütün siyasi güclər, hər şeydən əvvəl Ermənistanın yeni rəhbərliyi milli razılığı möhkəmləndirəcək. Amma son günlərin hadisələri belə pozitiv əhval-ruhiyyəni açıq-aydın pozur”, – Rusiyanın xarici siyasət idarəsinin başçısı yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın xüsusi istintaq xidməti 26 iyulda 1 mart 2008-ci il etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində ölkənin sabiq prezidenti Robert Koçaryana ittiham təqdim edib. Bir gün sonra onun barəsində iki aylıq həbs qəti-imkan tədbiri seçilib. Koçaryan ittihamları saxta və siyasi hesab edir.  /Publika.az/

Paylaş: