Ca. Sen 19th, 2019

Ölümlər 5 dəfə artacaq, 2080-ci ilə qədər 20 dövlətdə… – Alimlərdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

2080-ci ilə qədər tropik və subtropik regionlarda yüksək tempuraturın qurbanlarının sayı beş dəfə artacaq.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda Avstraliyadan olan alimlər bildiriblər.

Tədqiqatçıların fikrincə, Avstraliyanın özündə istidən ölüm faizi 471 faiz artacaq. Ölənlərin sayı Hindistan, Yunanıstan, Yaponiya və Kanadada da əhəmiyyətli dərəcədə çoxalacaq.

İqlimşünaslar proqnozlaşdırırlar ki, uzunmüddətli qeyri-adi iqlim dəyişikliyi müddətində yüksək temperaturlar daha sıx və daha sərt olacaq. Vəziyyət yanğınlar və quraqlıqlarla daha da ağırlaşacaq.

Ümumilikdə, tədqiqatçılar istiylə bağlı ölümlərin sayının qiymətləndirilməsi üçün model hazırlayıblar. Model 20 dövlət və 2031-2080-ci illər üçün nəzərdə tutulub. Modelin hazırlanması zamanı atmosferə buraxılan parnik qazlarının miqdarı, əhalinin sıxlığı və istinin nəticələrinin yumşaldılması üzrə müxtəlif strategiyaların sayı nəzərə alınıb. Bütün dünyada iqlimin istiləşməsi və qeyri-adi yüksək temperaturlardan milyonlarla insanın səhhətində problemlərin yaranması tədqiqat üçün fakt rolunu oynayıb.

Mütəxəssislər bildirirlər ki, Paris İqlim Razılaşmasının şərtlərini yerinə yetirmək çox vacibdir. Razılaşma 2050-ci ilə qədər atmosferə buraxılan parnik qazlarının həcminin azaldılmasını nəzərdə tutur.  /Publika.az/

Ömər

Paylaş: