Ca. Sen 19th, 2019

Orxan Camalın qətli ilə bağlı yeni DETALLAR

Mərkəzi Afrika Respublikasında öldürülən Orxan Camal və 2 həmkarının qətli ilə bağlı yeni faktlar üzə çıxıb.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, yerli məmurlar jurnalistlərin yerindəcə öldürüldüklərini xəbər verib.

Orxan Camal, Aleksandr Rastorquev və Kiril Radçenko ərəbcə danışan 10 nəfərlik qrup tərəfindən hücuma məruz qalıblar. Bu barədə məlumatı Sibyu şəhərinin rəsmisi Marselina Yoyo deyib.  /Modern.az/

Paylaş: