Ça. Dek 10th, 2019

Qadın icarəyə kafe götürüb, fahişəxana açıb – Azərbaycanda

Xaçmazın Çarxı kəndi ərazisində əxlaqsızlıq yuvası aşkarlanıb.

Turkustan.info bildirir ki, DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan minval.info-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı sakini Ş.Nadirovanın kənd ərazisində icarəyə götürdüyü kafedə əxlaqsız yuva təşkil etdiyi barədə məlumat daxil olub.

İyulun 30-da gecə saatlarında Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Paylaş: