Ca. Sen 19th, 2019

SENSASİYA: Suriyanın bu bölgələri Türkiyəyə birləşdirilir – Suriyalılar AYAĞA QALXDI

Suriyada yerli əhali əllərində türk bayraqları ilə aksiya keçirib.

Suriyalılar Türkiyəyə birləşməyi və türk dövlətinin tərkibində yaşamağı tələb edirlər.

Türkiyəli jurnalist Taha Dağlı suriyalıların Lazkiya, İdlib və Hama bölgəsinin Türkiyə dövlətinə birləşdirilməsini istədiyini yazıb.

“Bu üç bölgə Suriyada ən strateji yerlərdəndir. Türkmandağı da bu bölgələrdə yerləşir. Ayağa qalxan suriyalılar əllərində türk bayraqları ilə “biz Türkiyənin himayəsinə girmək istəyirik” şüarları səsləndirirlər. Sonuncu dəfə Hamanın şimalında yaşayan suriyalılar İdlibdəki türk əsgərinin postuna doğru yürüş edərək, “Əsəd rejimini istəmirik, Türkiyənin himayəsinə girməyi tələb edirik” şüarlarını səsləndiriblər. Suriyanın mülki əhalisi hazırda “Biz yaşadığımız bölgələrin Türkiyəyə birləşdirilməsini tələb edirik, hüquqi olaraq bunun həyata keçirilməsi üçün nə lazımdırsa etməyə hazırıq” tələbini irəli sürürlər. Son 2 həftədə Suriya müxalifətinin nəzarətindəki bölgələrdə belə aksiyalar hər gün keçirilir. Bölgənin liderləri də Ankaraya birləşmə ilə bağlı mesajlar göndərirlər”, – deyə türkiyəli jurnalist qeyd edib.

Onun sözlərinə görə, indiyə qədər suriyalılar bu bölgələrin Türkiyəyə birləşdirilməsi ilə bağlı 3 milyon imza toplayıblar. Suriyalılar referendum keçirilməsini və bu ərazilərin Türkiyəyə birləşdirilməsini istəyirlər.   (publika)

Paylaş: