Ca. Dek 12th, 2019

İranda nümayişlər: Bir nəfər güllələndi – FOTO

İranın Kərəc şəhərində iqtisadi böhranla bağlı keçirilən etiraz nümayişləri zamanı avtomobildən açılan atəş nəticəsində bir nəfərin öldüyü bildirildi.

Turkustan.info xəbər verir ki, hələlik hadisənin detalları ilə bağlı məlumat verilməsə də, şübhəlilərin istifadə etdiyi avtomobilin müəyyənləşdirildiyi bildirlib.

İranın İsfahan şəhərində dünən gecə yenidən başlayan və Tehranla Elburz əyalətlərinə də yayılan nümayişlərdə bəzi nöqtələrdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Etiraz aksiyası İranın digər şəhərlərində də qısa müddətdə davam edib.

Kərəc şəhərində də rejim əleyhinə şüar səsləndirən nümayişçilərlə təhlükəsizlik gücləri arasında gərginlik yaşanıb.

Paylaş: