Ça. Dek 10th, 2019

Kreml niyə sükutu qəfil pozdu? – Nikola təzyiqin pərdəarxası

Bundan sonra Moskvanın İrəvana təzyiqləri ciddi surətdə artacaq və Paşinyan onun üçün cızılmış qırmızı xəttdən kənara çıxmağa cəsarət etməyəcəkdir.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Köçəryanın həbsi ilə Xaçaturovun ev dustağı edilməsi arasında ciddi əlaqə var:

“Çünki 2008-ci il martın 1-də o, İrəvan qarnizonunun komandanı kimi İrəvandakı prezident seçkilərinə etiraz edən mitinqin iştirakçılarına qarşı zorakılıq əməllərinin törədilməsinə rəhbərlik edənlərdən idi. İrəvanda onun həbsi barədə qərar əvvəlcədən çıxarılmışdı. Sadəcə, onun KTMT-nin baş katibi vəzifəsindən azad edilməsi ilə bağlı məsələ Moskva ilə razılaşdırılma ərəfəsində olduğundan Xaçaturovu ev dustağı etmək qərara alındı. Bundan sonra onun baş katiblikdən geri çağırılması proseduruna başlanılmışdı. Amma bunun ardınca Moskva sanki qış yuxusundan ayılıb, Köçəryanın və Xaçaturovun həbsinə Lavrovun dili ilə öz etirazını bildirdi. Lavrov son vaxtlar İrəvanda gedən hadisələrə mənfi münasibət bəslədiyini və bunun sonrakı proseslərə təsir edə biləcəyini söylədi. Moskva yeni ildən başlayaraq, İrəvana göndərilən qazın qiymətinin artırılacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu günlərdə isə silah satışı və KTMT-də texniki əməkdaşlıqla bağlı məsələlərə cavabdeh olan Rusiya Müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistana səfər etdi. Sözsüz ki, İrəvanda Rusiyanın silah göndərməsi və onun gələcək perspektivləri ilə bağlı müzakirələr aparıldı. Bu müzakirələr həm də Xaçaturovun ev dustaqlığı ilə bağlı qərarla əlaqədar idi. Çünki general-polkovnikin İrəvana gəlişi ərəfəsində Moskva elan etmişdi ki, İrəvana nəzərdə tutulan 100 milyon dollarlıq silahın göndərilməsi təxirə salınacaq. Rusiya bu haqda əlavə tədbirlər gördükdən sonra bu məsələyə yenidən baxılacağını da bildirmişdi. Yəni bütün bunlar İrəvana Moskvanın təzyiqi idi”.

Q.Hüseynli qeyd edib ki, bu təzyiqlər öz bəhrəsini demək olar ki, verdi:

“Yəni İrəvan Xaçaturovun öz vəzifəsini icra etmək üçün Moskvaya getməsinə icazə verdi. Onun əvvəl ev dustağı edilməsinə sanki Moskva razılıq vermişdi. Amma indi belə görünür ki, Moskva hər şeyi ölçüb-biçdikdən sonra Paşinyanın bu addımlarında uzağa gedəcəyi və bunun nəticəsində Moskvaya bağlı olan bütün kadrların vurulub sıradan çıxarılacağı qənaətinə gəldi. Eyni zamanda Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da müalicə adı altında əslində Moskvaya getdi. Burada bütün qapıları açaraq, Paşinyanın nə qədər təhlükəli hərəkətlər edə biləcəyi ilə bağlı Moskva siyasi rəhbərliyini bir növ xəbərdar etdi”.

Politoloq vurğulayıb ki, hazırda Moskva Ermənistana qarşı münasibətini tamamilə dəyişir:

“Yəni Moskvanın ilk hədə-qorxusundan sonra KTMT-nin baş katibi ev dustaqlığından azad edildi. Bu günlərdə Köçəryanla bağlı da Paşinyan hökumətinin geri çəkilməsinə şahid olsaq, buna təəccüblənməmək lazımdır. Rusiyanın bir quberniyası kimi Moskvadan gələn əmrlərlə idarə edilən Ermənistan Kremlin istənilən təzyiqinə boyun əyəcək və ciddi qarşıdurmalara getməyə iradə nümayiş etdirməyəcək. Paşinyan yaxşı başa düşür ki, Ermənistan Rusiyadan tam asılıdır. Eyni zamanda, Rusiyanın hərbi bazaları, sərhəd qoşunları bu ölkənin ərazisində olduğundan Kreml İrəvanda istədiyi hərəkətləri edə bilər. Əgər bu gün Rusiya dünyaya meydan oxumağı, Ukrayna və Gürcüstan kimi ölkələrin ərazisini ilhaq edib öz ərazisinə qatmağı, Suriyada istədiyi hərəkətləri etməyi bacarırsa və bu hərəkətlərin qarşısını beynəlxalq güclər ala bilmirsə, kiçik Ermənistanla Moskvanın istədiyi kimi davranacağına və orada hətta siyasi dəyişikliklərə belə imza atacağına heç kəs şübhə etməsin”.   (axar)
sincan escort
escort sincan
ankara sincan escort

Paylaş: