03 İyul 2020 23:55

Əcnəbilərə xərclənən milyonlar: NƏTİCƏ VERMƏDİ

Son illər peşə təhsilində müəyyən islahatlar aparılır.

Peşə təhsilinin inkişafı və infrastruktunun formalaşması üçün kifayət qədər vəsait xərclənir, təlimlər keçirilir, xaricdən mütəxəssislər gətirilir. Amma yenə də peşə təhsilinin hazırki durumu qaneedici deyil. Bu sahədə hələ də görüləsi  işlər qalır. Hansı ki, lazımi istiqamətdə və real yollarla getmir. Məlumat üçün bildirək ki, avqustun 6-dan etibarən 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə növbəti sənəd qəbulu başlanır. 

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Hər il peşə təhsili üzrə minlərlə kadr hazırlanır. Amma bu kadrların əmək bazarında yer alması müşkülə çevrilib. Sirr deyil ki, bu gün ali təhsil müəssisələrini bitirənlərin çoxu da öz ixtisasları üzrə çalışmırlar. 

Maraqlıdır, peşə məktəblərində tədris əmək bazarının tələblərinə uyğun aparılırmı?

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu gün peşə təhsili Azərbaycandakı əmək bazarının tələblərinə uyğun deyil: “2009-cu ilin 5 sentyabrında prezidentin 156 saylı fərmanı ilə Təhsil Qanunu həyata keçirilib. Təhsil Qanununun 20-ci maddəsi peşə təhsili ilə bağlıdır. Məhz Təhsil Qanununun 20-ci maddəsinin I bəndində göstərilir ki, peşə təhsili əmək bazarının tələblərinə uyğun olaraq ümumorta və tam orta təhsil bazasında təşkil olunur. Müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrları təmin edir. Bəs əmək bazarı nədir? Əmək bazarı tələb və təklifin qarşılaşdığı yerdir. Əmək bazarı cəmiyyətin sosial-siyasi- iqtisadi həyatında  vacib və planlı sahədir. Bu gün Dünya Bankı Azərbaycanda peşə təhsili üzrə islahat aparmaq üçün nə az, nə çox 35 milyon dollar vəsait ayırıb.

Bu pulları zaman-zaman qaytarmaq da əsas şərtdir. Bir anlıq 1998-ci il ümumtəhsil sektorunda kurrikulum islahatlarının  aparılması üçün Dünya Bankının ayırdığı 18 milyon dollar  yadıma düşdü. Həmin 18 milyon dolları xərcləmək, nəyin bahasına olursa-olsun, aradan qaldırmaq üçün Azərbaycanın ümümtəhsil sektoru elə bir bəlaya düçar edildi, elə bir labirintə salındı ki, tam 20 ildir və üçüncü nazirdir ki, bu problemdən çıxmaq yollarını fikirləşir. İkisinə müyəssər olmadı və inanaq ki, üçüncü nazirə bu müyəssər olacaq.

Məsələ burasındadır ki, məhz  bu gün də 35 milyon dollar  ayrılmış peşə təhsilində çox kobud və ümumtəhsil sektorunda buraxılmış səhvlərin eynisi buraxılır.  Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev doğrudan da novator kimi peşə təhsilində müsbət dönüş etmək istəyir. Amma bu gün bu dönüşlərdə daha çox biz yenə də Baltik ölkələri  və Skandinaviya təcrübəsinin öyrənilməsini görürük. Halbuki vacib olan beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqidir. Maraqlıdır ki, bu gün Azərbaycan peşə təhsilində Estoniya təcrübəsinə daha çox üstünlük verilir. Bir şeyi anlamalıyıq ki,  peşə təhsili ilk növbədə öz əmək bazarımıza uyğun formalaşdırılmalıdır. Əmək bazarının tələblərinin öyrənilməsi üçün də ictimai institutlar, qurumlar yaradılmalıdır və Təhsil Nazirliyi bu qurumların yaradılmasını təşviq etməlidir”. 

Ekspertin sözlərinə görə Baltik  və Skandinaviya ölkələrinə dəstə-dəstə göndərilən və həmin ölkələrdən Azərbaycana gətirilmiş nümayəndə heyətlərinə xərclənən pulların ən azı yarısına qənaət olunub yerli əmək bazarının tələblərinə uyğun məsələlər öyrənilməlidir: “Bu gün Norveçdən, Almaniyadan, Baltik ölkələrindən, Finlandiyadan mütəxəssislər gəlib bizim peşə məktəblərindəki müəllimlərimizə təlimlər keçirlər. Gələn insanların heç biri Azərbaycandakı əmək bazarının vəziyyətindən xəbərdar deyil. O insan ki, bizim müəllimlərə dərs keçir və  bu kurrikulumları tədris edirlər, Azərbaycandakı əmək bazarının tələblərini bilmədikləri halda bu yersizdir.

Peşə təhsilindəki vəziyyət iflasa doğrudur,  bu sahəni heç də ümümtəhsildə olduğu kimi yaxşı  heç nə gözləmir. Təklif edirəm ki, əgər biz peşə təhsilində hər hansı inkişafı istəyiriksə, ilk növbədə Azərbaycanın regionlarının iqliminin və insanların peşə xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı ictimai təşkilatlar yaradılmalıdır.  Sovet dövründə Azərbaycanda təxminən 136 peşə təhsili müəssisəsi vardı.

Bu peşə müəssisələri yerləşdiyi hər bir rayonun iqtisadi, bazasına, yəni əmək bazarına görə kadrlar hazırlayırdı. Məsələn, Lənkərandakı peşə məktəbləri kadrları çayçılıq, Qubada olan peşə məktəbləri bağçılıq, meyvəçilik üzrə kadrlar hazırlayırdılar. Düzdür, peşə təhsili üzrə son 3 ildə görülən işləri alqışlayırıq.

Amma gətirilən müasir avadanlıqlar, xərclənən milyonlar heç də peşə təhsilində aparılan dəyişiklikləri təmin etmir. Necə ki, səhiyyə sahəsində milyonlar xərcləndi  və ən müasir avadanlıqlar gətirildi. Məsələ burasındadır ki, bu avadanlıqları istifadə edə biləcək həkimləri yetişdirə bilmirik. Məhz bu səbəbdən səhiyyəmizin durumu bu vəziyyətdədir. Bu gün bahalı avadanlıqları alıb gətirməklə “peşə təhsilində infrastruktur qururuq” görüntüsünü yaratmaq olmaz. Bu sahəni irəli aparmaq üçün əmək bazarında hansı tələbat varsa, o üzrə ustaları yetişdirməliyik. Onsuz da ali məktəbi bitirən məzunların çoxu öz ixtisasları üzrə iş tapa bilmədiklərindən başqa sahədə çalışırlar.

Ona görə də əmək bazarında fəhlədən, ustadan, bağbandan başlamaq lazımdır.  Yəni ali məktəbləri bitirmiş məzunları əlavə 1 illik təhsilə cəlb etməklə, peşə məktəblərinə usta kimi dəvət etmək lazımdır. Bu sistem sovet təhsil sistemində vardı. Həmçinin o sahələri nəzəri cəhətdən öyrədə bilən pedaqoji mütəxəssisləri peşə məktəblərinə cəlb etmək lazımdır”.   /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin