04 İyul 2020 00:49

“Dəllallar forma geyinib parkomatlarda pul yığırlar”

Paytaxtın parklanma problemi nə vaxt həllini tapacaq?

Bakının yol hərəkəti, nəqliyyat sistemində həllini gözləyən problemlərdən biri də avtomobillərin parklanma məsələsidir. Hansı ki, bir vaxtlar küçələrdə quraşdırılmış parkomatlar indi işləmir. Əvəzində ayrı-ayrı şəxslər maşınların parklanmasına görə nəğd qaydada pul yığırlar. Ekspertlərsə parklanma yerlərindəki mövcud vəziyyətin qanunauyğun olmadığını bildirirlər.

Bakı sakini Təranə Məmmədovanın sözlərinə görə, parklanma yerlərində qoyulan parkomatlar işləmir, əvəzinə ora adamları nəzarətçi qoyublar və onlar maşınlarını park edən sürücülərdən pul yığırlar: “Onlar hesabı yaxşı bilmir, çox vaxt parklanma müddətinə görə ödəniləcək məbləği düzgün hesablamırlar. Bunun üstündə dəfələrlə mübahisə düşür”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Ekspress”ə bildirib ki, hələlik parkomatlarla bağlı məsələyə Bakı Şəhər İcra Hakimiyyəti baxır: “Parkomatlar onların balansında olan qurğulardır. O aparatlar hələlik BNA-ya təhvil verilməyib. BNA parklanma yerlərinin idarə olunması ilə bağlı fəaliyyət planı hazırlayır. Biz istəyirik ki, müasir, innovativ texnologiyalara əsaslanan dayanaqlı proqram təminatı olan bir sistem quraq. Bu sistem əsasında da vətəndaşlarımıza xidmət göstərək”.

Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov “Ekspress”ə bildirib ki, bu yaxınlarda BNA-nın səlahiyyətləri artırılıb və park yerlərinin müəyyən olunması, park yerləri üçün nəzərdə tutulan ödəniş haqlarının toplanılması, bununla bağlı parkomatların quraşdırılması məsələləri məhz BNA-nın üzərinə qoyulmuş bir səlahiyyətdir: “Əgər əvvəl buna dair öhdəlik BŞİH üzərində idisə, indi artıq BNA-nın üzərindədir. Amma elə həmin səlahiyyətlərin verilməsi prosesi zamanı müvafiq sərəncamda həm də qeyd olunurdu ki, 3 ay ərzində bununla bağlı təkliflər hazırlansın və Nazirlər Kabinetinə təqdim olunsun. Həmin qanunvericilikdən irəli gələn müddəalara dair təkliflər, xüsusilə də müəyyən olunmuş öhdəliklərin icra mexanizmləri ilə bağlı və digər normativ aktlarda dəyişikliklərin edilməsi ilə bağlı məsələlərin tam hamısı reallaşandan sonra parkomatla bağlı olan məsələlər aidiyyatı qurum olan BNA tərəfindən öz həllini tapacaq. Düzdür, park yerləri də, parkomatlar da var, insanlar ödənişləri də edirlər. Sadəcə olaraq qanunda müəyyən bir boşluq var. Parkomatlar vasitəsilə pulların toplanılmasının, ümumiyyətlə, heç bir qanuni əsası yoxdur. Əgər hansısa bir parkomat işləmirsə, insanlar ödəniş eləmirsə, təbii ki, bu, hansısa bir inzibati xəta hesab olunmur. Ən azından ona görə ki, parkomatların ödəniş sistemlərinin tətbiqi ilə bağlı qeyri-müəyyənlik var. Və aidiyyatı qurumlar zəruri tədbirlər həyata keçirdikdən sonra insanlar rahat şəkildə həmin parkomatlarda ödənişlərini edə bilərlər”.

Allahverənov sürücüləri dayanma-durmanı qadağa edən nişanların təsir ərazisində nəqliyyat vasitələrini saxlamamağa çağırır: “Tələb olunan qayda hal-hazırda budur. Əks halda dayanma-durma qaydalarının pozulmasına görə cərimə sanksiyası tətbiq olunur. Amma parklanma yerlərində xüsusi formada şəxslər durur, onlar parklanma yerində ödənişləri nəğd şəkildə yığır. Bunlar yolverilməzdir. İstənilən halda insanlar bundan narahat olmasın. Yaxın zamanlarda BNA bu sahədə mütəşəkkilliyin təmin olunması, nizam-intizamın təmin olunması ilə bağlı zəruri tədbirlər həyata keçirəcək”.

Parkomatlarda şəxslərin maşınları park edənlərdən pul yığması, bununla da bağlı mübahisələrin yaranmasına gəlincə, müsahibimizin dediyinə görə, bu gün parkomatlarda baş verənlər nizamsızlığın nəticəsidir: “Baş verənlər hamısı yolverilməz hallardır. Burada özbaşınalıq da hiss olunur. Məsələ ondadır ki, həmin vəsaitlərin nəğd şəkildə o formada yığılması yolverilməzdir. Qanun bunu qadağa edir. Bu gün kimsə, hansısa dəllallar forma geyinib və bu formada insanlara qarşı təpkilər göstərirlərsə, bunun özünün də heç bir qanuni əsası yoxdur. O ki qaldı həmin ərazidən pulsuz istifadə etmək istəyən insanlara, təbii ki, onlar nəqliyyat vasitəsini 15 dəqiqə ödənişdən azad şəkildə saxlaya bilərlər. 15 dəqiqədən sonra 50 qəpik ödəməklə yarım saat nəqliyyat vasitəsini saxlaya bilərlər. Bu, köhnə qaydalardır. Hələlik bu köhnə qaydalarla xüsusi forma geyinmiş insanlar bu prosesi idarə etməyə çalışır. Mən hesab edirəm ki, BNA zəruri tədbirlər həyata keçirdikdən sonra bu kimi problemlərin aradan qalxdığının şahidi olacağıq”. 

/ekspress.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin