07 İyul 2020 23:16

Toyda döyülərək çənəsi sındırılan gəncin atasından daxili işlər nazirinə ŞİKAYƏT…

??????????????????????????????????????????????????????????

Cəlilabad rayon Maşlıq kənd sakini Mehdiyev Rövşən Məcid oğlu Moderator.az-a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubova müraciət edib. 
Müraciətdə deyilir:
 
Hörmətli cənab nazir!
Sizə bildirmək istəyirəm ki, Cəlilabad rayon Maşlıq kəndində yaşayıram. Ailəliyəm üç övladım var. İyunun 20-də gecə saatlarında kəndimizdə kənd sakinimiz Camalov Namiqin qızının toy məclisinə gedən on yeddi yaşlı oğlum Mehdiyev Elvin kənd sakinlərimiz Əliyev İlham Alim oğlu və Şahbazov Taleh Hüseynağa oğlu tərəfindən ölümcül döyülüb. 
Oğlum Elvin Mehdiyev toy mərasiminə yaxınlaşarkən toyda dava düşüb və əlindəki mobil telefonun işığı yandığı üçün dava edən şəxslər oğlumun əlindən mobil telefonunu almaq istəyiblər. Oğlum telefonunu vermədiyi üçün onu adlarını çəkdiyim Əliyev İlham Alim oğlu və Şahbazov Taleh Hüseynağa oğlu ölümcül döyüblər. Mənə kənd sakinimiz Abbasov Nurlan Zaur oğlu zəng vurub dedi ki, oğlun Elvini döyüblər vəziyyəti ağırdır. Dərhal hadisə yerinə getdim. 
Oğlumu ağır vəziyyətdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına apardım. Xəstəxanada oğlumun vəziyyəti ağır olduğu üçün dərhal Bakıya yolladılar. Oğlum Elvini ağır vəziyyətdə M.A.Topçubaşov adına Elmi-Cərahiyyə Mərkəzi xəstəxanasına gətirdim. Xəstəxanada həkimlərin rəyindən sonra oğluma qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və çənəsinin iki yerdən sınması diaqnozu qoyuldu. Oğlumun vəziyyəti ağır olduğundan on iki gün sonra çənəsi əməliyyat olundu. Oğlum Elvin Mehdiyev iyunun 21-dən iyulun 13-nə kimi xəstəxanada yatdı. Ümumilikdə oğlumun əməliyyatına və dərmanlarına bu günə kimi beş min manat xərc çəkmişəm. 
Oğlumu qəsdən ölümcül döyən şəxslər Əliyev İlham Alim oğlu və Şahbazov Taleh Hüseynağa oğlu həmin vaxtı polisə çağırılıb 48 saat bölmədə saxlanılsalar da sonradan azadlığa buraxıldılar. İndi də hər iki şəxs azadlıqda sərbəst gəzirlər. Hadisəni isə bir-birilərinin üstünə atırlar. İşin istintaqını Cəlilabad rayon Polis Bölməsinin müstəntiqi Rövşən Rzayev aparır. Hadisəylə bağlı CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işi açılıb, amma hər dəfə bölməyə gedib gəlsəm də müstəntiq tərəfindən müxtəlif cavablar alıram. Sizdən xahişim odur ki, oğlumu ölümcül döyən şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilmələri üçün Cəlilabad rayon Polis Bölməsinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. 
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin