07 İyul 2020 21:43

“Xalxın uşağı” kimdir? – VİDEO

Kriptozoologiya elmi təbiətdə mövcud olmayan canlıları öyrənən elmdir. Azərbaycanda bu kateqoriyaya divlər, “xoxan”lar və “xalxın uşaqları” aiddir. 

Div və “xoxan”ları eşitdiyimiz nağıllara əsasən təxmini təsəvvür edə bilirik. Amma “xalxın uşaqları”nı yox. 

Evdə uşaqların və gənclərin qulağında səslənən “xalxın uşaqları gör nələr edir?” ifadəsi azyaşlılarda və gənc nəsildə özünəinamı azaldır.

Psixoloq Rəvan Soltanov sözügedən məsələ ilə bağlı bildirib ki, uşaq iki yaşından etibarən istənilən məsələyə daha həssas olur: 

“Ona görə müqayisə edilməməlidir ki, psixoloji sarsılma yaşamasınlar”.

O qeyd edib ki, çox da “xalxın uşaqları”na həsəd aparmayın: “Kim bilə bilər? Bəlkə, elə siz də kimlərinsə kimlərə misal çəkdiyi “xalxın uşağı”sınız”.

Baku TV-nin məsələ barədə hazırladığı reportajı təqdim edirik:

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin