13 İyul 2020 11:21

Paşinyan İranı, yoxsa ABŞ-ı seçəcək? – Politoloq rəyi

“Nikol Paşinyan baş nazir seçiləndə çıxışında Rusiyadan çox İranın adını çəkmiş, bu dövlətlə əlaqələrin inkişafı zərurətini vurğulamışdı. Ona görə də, Paşinyanın İrana səfəri gündəmə gəlib. Sadəcə, Paşinyan vaxtı uyğunsuz seçib”. 

Turkustan.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Paşinyan sentyabrda Nyu-Yorkda BMT sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Trampla görüşdən əvvəl Paşinyanın Ağ Evin əsas düşmənlərindən biri olan İrana səfəri Vaşinqtonda suallar doğuracaq: 

“Bundan əlavə, İran iqtisadiyyatı ağır günlər yaşayır, rial sürətlə dəyərdən düşür, inflyasiya və işsizlik artır. Yəni, Tehran istəsə belə Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirə bilməyəcək, keçmişdə vəd etdiyi layihələri maliyyələşdirə bilməyəcək. Paşinyanın İrana səfəri daha çox Tehrana lazımdır ki, təcriddə olmadığını nümayiş etdirə bilsin”.  /Cebhe.info/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin