Şb. Dek 7th, 2019

Ərdoğan, Putin və Si Cinpin birləşir – Trampı yox edəcək SSENARİ

ABŞ-ın “Newsweek” jurnalı prezidenti Donald Trampı Türkiyə ilə bağlı xəbərdar edib.

Turkustan.info xəbər verir ki, nəşr Vaşinqton və Ankara arasında baş verən böhranın Türkiyəni Rusiyaya yaxınlaşdırdığını yazıb.

“Türkiyə NATO-nun ən böyük hərbi güclərindən biridir. Vaşinqtonun illərdir Yaxın Şərqdə ən önəmli müttəfiqlərinin başında dayanır. Son dövrlər baş verən proseslər Türkiyəni Rusiyaya yaxınlaşdırır”, – deyə məqalədə bildirilir.

Amerikalı analitiklər nəşrə bildiriblər ki, Trampın polad və alüminiuma vergi qoyması Rusiyanın bu boşluğu doldurmasına səbəb olacaq. Xüsusilə Türkiyə, Rusiya və Çin arasında milli valyuta ilə ticarət genişlənəcək.

“Newsweek” Türkiyənin Rusiya ilə yaxınlaşmasının Moskvanın NATO-nu zəiflətməsinə yeni imkanlar açacağını da qeyd edib.    /Publika.az/

Paylaş: