Şb. Dek 7th, 2019

Ərdoğana dostundan böyük jest: Birbaşa 15 milyard yatırılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani ilə görüşüb.

Turkustan.info xəbər verir ki, liderlərin görüşü Beştəpədəki prezident sarayında baş tutub.

Ölkə başçılarının görüşü zamanı ikitərəfli münasibətlər və gündəmdə dayanan digər məsələlər geniş şəkildə müzakirə olunacaq.

***

Ərdoğanla görüşən Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Türkiyəyə birbaşa 15 milyard dollar investisiya yatıracaqlarını bəyan edib.

Görüşdə ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  /Axar.az/

Paylaş: