Ç. Avq 21st, 2019

Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? – Ərizəsi alındı (FOTOLAR)

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor Balakişi Qasımov tanınmış rejissor Ceyhun Cümşüdovu işdən azad edib.

Məlumata görə, İTV-nin Gənclər, Elm və Təhsil Departamentində böyük rejissor olan C.Cümşüdov avqustun 10-da şirkətə çağırılaraq heç bir səbəb göstərilmədən işdən çıxarılması ilə bağlı ərizəsi alınıb. 

Qeyd edək ki, rejissor Ceyhun Cümşüdov Qarabağ müharibəsi veteranıdır. İTV yarandığı zamandan burada çalışıb, “Fədai” və “Vətən naminə” medalları ilə təltif olunub.

Bu ilin fevral ayının 22-də Beynəlxalq Mətbuat Mərkəzində Ceyhun Cümşüdovun müəllifi olduğu “Yollar uzanan gün…” filminin elm, ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə təqdimatı keçirilmişdi.

C.Cümşüdov Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Gənclər Teatrında aktyor, AzTV-də və İctimai TV-də rejissor vəzifəsində çalışıb. 2014-cü ildən Rejissorlar “Gidiyası”nın üzvüdür. Bir sıra məşhur film və sənədli filmlərin, İTV-də hazırlanan verilişlərin, Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilən sənədli filmlərin quruluşçu rejissorudur. 

Məsələ ilə bağlı İTV-dən münasibət bildirilməyib.

Balakişi Qasımov məşhur rejissoru işdən çıxardır? - Ərizəsi alındı (FOTOLAR)
Balakişi Qasımov məşhur rejissoru işdən çıxardır? - Ərizəsi alındı (FOTOLAR)
Balakişi Qasımov məşhur rejissoru işdən çıxardır? - Ərizəsi alındı (FOTOLAR)

 

Paylaş: