Ç. Avq 21st, 2019

Britaniya qırıcıları Rusiya bombardmançılarını geri döndərdi

Böyük Britaniyanın Hərbi Hava Qüvvələri Rusiyanın altı Su-24 taktiki bombardmançısını Qara dəniz üzərində NATO sərhədləri yaxınlığında geri döndərdiyini bildirib.

Bu barədə Turkustan.info “İnterfaks”a istinadla xəbər verir. 

Qeyd olunur ki, Rusiya təyyarələrinin qarşısını kəsmək üçün havaya Rumıniyada dislokasiya olan “Eurofighter Typhoon” qırıcıları qalxıb. Britaniya qırıcıları yaxınlaşdıqda Rusiya təyyarələri geri, Krım yarımadası istiqamətinə dönüblər.

Rumıniyadakı “Mixail Koqelniçanu” hərbi bazasında Britaniyaya məxsus cəmi 4 “Typhoon” yerləşir. Əməliyyatda onların neçəsinin iştirak etməsi barədə məlumat verilmir.  /Oxu.Az/

Paylaş: