Şb. Dek 7th, 2019

İcitmai Birlik sosial əngəlli uşalqarın gəzintisini təşkil edib

Bu ekskursiya Azərbaycan Respublikası Prezidenti Yanında QHT-yə Dəstək Şurasının dəstəyi ilə “Cəbhəyanı bölgələrdə olan qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial reablitasiyasına dəstək və asudə vaxtın təşkili” adlı layihə çərçivəsində həyata keçirilib. Azərbaycanın müxtəlif rayonlarından olan sosial ənəgəlli uşaqlar ölkəmizin paytaxtında gəzməli, görməli yerlərdə olublar.
Onlar bu yaşlarınadək yaşadıqları rayondan, evlərindən kənara çıxmayıblar. Bu uşaqların arzusu Bakını görmək, onun maraqlı yerlərini gəzmək olub.
Müxtəlif sosial problemləri olan bu uşaqların arzusu həyata keçib.
İctimai Birliyin sədri İradə Polad uşalqarın arzusunun gerçəkləşməsindən xeyli sevindiyi bildirib: “Bu yolda mənimlə bərabər əziyyət çəkən, deyərdim ki bütün məsuliyyəti öz üzərlərinə götürən Ziya Rzayev, Ülviyyə Şabanova və Ülviyyə Balayevaya tşəkkür edirəm. Belə xeyirsevər, humanist və fədakar insanlarla işləməkdən məmnun oldum. Uşaqların sevincini isə sözlə ifadə etmək mümkün deyil. Müxtəlif sosial problemləri olsa da, onlar da Azərbaycan vətəndaşlarıdır. Onlar da bu torpağın övladlarıdır. Onların qayğıya daha çox ehtiyacı var. Biz də onların bu istəklərini gerçəkləşdirməyə çalışırıq”.
Uşaqlar gün ərzində Şirvanşahlar sarayı , İçərişəhər, Qız qalası, Heydər Əliyev Fonudunun binası yaxınlığındakı parkda, Dənizkənarı milli parkda gəzib, əyləniblər, müxtəlif muzeylərə baş çəkiblər.
Cəmiyyətimizin bu təbəqəsindən olan uşaqların belə gəzintilərinin təşkili mənəvi baxımdan rahatlıqdır. Müəyyən sosial əngəli olan həmvətənlərimizə diqqət cəmiyyətimizin güclü olması üçün vacibdir. Onların unudulmaması yaşıdları ilə birlikdə əylənmələri,cəmiyyətə reabilitasiya olunmaları, ölkəmizi tanımaları cəmiyyətimizin inkişafına yardımdır.

Belə insanlar arasından az dahilər çıxmayıb. Yenilərinin də yetişəcəyi istisna edilmir. Təki, bu təbəqəyə də diqqət artsın. Bu, perspektivdə onların dünya görüşünün zənginləşməsinə səbəb olar. Həmin insanların cəmiyyətimiz üçün faydalı vətəndaş olaraq, yetişməsinə təsir edər. Təki, onlara laqeyd olmayaq, qayğımız, diqqətimizi əsirgəməyək.

“Cəbhəyanı bölgələrdə olan qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial reablitasiyasına dəstək və asudə vaxtın təşkili” adlı layihənin icrası davam edir.

 

Paylaş: