Ç. Avq 21st, 2019

Paşinyana beynəlxalq təşkilatda vəzifə verildi

Qazaxıstanın başçılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Daimi Şurasının iclası keçirilib.

Turkustan.info Ermənistan  KİV-nə istinadən xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin daimi nümayəndələri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibinin müavini iştirak edib.

Daimi Şurasının iclasında təşkilatın nizamnaməsində edilən dəyişikliyə əsasən, bundan sonra hərbi blokun Daimi Şurasında Ermənistanı baş nazir Nikol Paşinyan təmsil edəcək. Buna qədər, həmin səlahiyyət Ermənistan prezidentinə şamil edilmişdi.  /Modern.az/

Paylaş: