Ç. Avq 21st, 2019

Qənirə Paşayeva Macarıstan parlamentinin spikeri ilə görüşüb – FOTOLAR

Millət vəkili Q.Paşayeva Macarıstan parlamentinin spikeri və vitse-spikeri ilə görüşdə Azərbaycan həqiqətlərindən danışıb

Macarıstanda Turan Qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva qurultay çərçivəsində Macarıstan Parlamentinin spikeri Laslo Kover və vitse-spikeri Şandor Lejak ilə görüşüb. Görüş zamanı Macarıstan parlamentinin spikeri Azərbaycanla Macarıstan arasında gözəl münasibətlər olduğu və qardaş dövlət və xalqlarımız arasında münasibətlərin daha da inkişaf edəcəyini inandığını dedi. Macarıstanın Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm veridyini deyən Macarıstan parlamentinin spikeri Macarıstanda Turan Qurultayı kimi tədbirlərin keçirilməsinin xalqlarımız arasında dostluğun inkişafına töhfə verəcəyinə inandığını deyib. 

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili Q. Paşayeva bu istiqamətdə əldə olunana uğurlar barədə də danışıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb. O, bildirib ki Azərbaycanla Macaristan arasında bütün sahələrdə əməkdaşlıq daha da inkişaf edir və Azərbaycan rəhbərliyi iki dost ölkə arasinda əlaqələrin inkişafına xüsusi önəm verir. Azərbaycan-Macaristan Parlamentlərarası Əməkdaşlığın da yüksək səviyyədə inkişaf etdiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycanla bağlı geniş məlumatlar verib. Q.Paşayeva Macarıstan parlamentinin spikeri və vitse-spikeri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət barədə də məlumat verib. 

Hər zaman Qarabağ məsələsində, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən Q.Paşayeva Qarabağ problemində dost Macarıstanın Azərbaycana dəstəyinin daha da artıracağına inandığını bildirib. Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini diqqətə çatdıran Macarıstan Parlamentinin spikeri Laslo Kover və vitse-spikeri Şandor Lejak iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyini bildiriblər. Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri A.Bağırova, fəal qadınlar Məlahət Qəhrəmanova və Pərvanə Mustafayevanın iştirakıyla keçirilən görüşdə millət vəkili Q.Paşayeva Macarıstan Parlamentinin spikeri Laslo Kover və vitse-spikeri Şandor Lejaka Azərbaycanla bağlı materiallar və Azərbaycanın milli simvollarını özündə əks etdirən hədiyyələr təqdim edib.

Paylaş: