Şb. Dek 7th, 2019

Türkiyə üçün fəlakət gözləntisi: XƏBƏRDARLIQ EDİLDİ

Mütəxəssislər Türkiyə üçün fəlakət gözləntisi barədə xəbərdarlıq edib.

Turkustan.info xəbər verir ki, Mərmərə dənizində 7,7 bal gücündə zəlzələnin olacağına dair açıqlama verilib. 

Zəlzələ ilə yanaşı sunami xəbərdarlığı da edilib. 

Xəbərdarlıqla Yıldız Texnik Universitetinin təbiət bölümləri araşdırma mərkəzinin rəhbəri Şükrü Ərsoy çıxış edib. 

O, açıqlamasında zəlzələnin dağıdıcı olacağını və ardınca sunami gözlənildiyini istisna etməyib. 

Ərsoyun açıqlamasına görə, gələcəkdə Mərmərə dənizində gözlənilən ən böyük zəlzələ 7,7 bal gücündə olacaq: “Mərmərədə ola biləcək zəlzələ milli təhlükəsizlik problemi kimi diqqətə alınmalıdır”.   /Cebhe.info/

Paylaş: