Şb. Dek 7th, 2019

Xərçəng əleyhinə təsiri bir neçə dəfə artır! – Sarıkökü bu ədviyyatla birlikdə İSTİFADƏ EDİN

Sarıkök ən faydalı ədviyyatlardan biridir. Hal hazırda bütün dünyada sarıkökə olan diqqət daha da artıb.

Bunun səbəbi sarıkökün tərkibində olan “kurkumin” adlı maddənin güclü xərçəng əleyhinə təsiridir.

İrlandiya alimləri sübut ediblər ki, kurkumin xərçəng şişinin inkişafını 50% ləngidir və həmçinin xərçəng hüceyrələrini öldürür.

Turkustan.info xəbər verir ki, bir çox alimlər sarıkökü hətta kimyəvi terapiya zamanı istifadə olunan preparatlardan daha effektli hesab edir. Məhz bu səbəbdən müxtəlif ölkələrin alimləri kurkumin əsasında xərçəng əleyhinə preparatların hazırlanması üzərində çalışır.

Sarıkökün bir çox digər faydalı xüsusiyyətləri də var:

– immun sistemini möhkəmləndirir

– orqanizmdə mikrob və virusları öldürür

– iltihabları azaldır

– soyuqdəymə və qripp xəstəlikləri zamanı sağalmanı tezləşdirir, fəsadların qarşısını alır

– xolesterinin səviyyəsini tənzimləməyə kömək edir və bununla da ürək və damar xəstəliklərinin riskini azldır

– üz dərisini cavan və hamar edir.

Yaponiya alimləri araşdırmalar zamanı aşkar ediblər ki, sarıkök qara istiotla birkilikdə daha yaxşı mənimsənilir və onun orqanizmə olan müalicəvi və o cümlədən xərçəng əleyhinə təsiri bir neçə dəfə artır.

Bu səbəbdən alimlər suplar, ət və tərəvəz yeməklərə həm sarıkök, həm də istiotu əlavə etməyi tövsiyə edirlər. Bunu hazır olana yaxın edin ki, ədviyyatların müalicəvi xüsusiyyətləri azalmasın.   /Saglamolun.az/

Paylaş: