Ca. Dek 12th, 2019

Naxçıvanda toylara müdaxilə ilə bağlı xəbərə – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası rəhbərliyi adından guya sentyabrın 1- dən toy mərasimləri ilə bağlı xüsusi qaydaların tətbiq ediləcəyi, obrazlı ifadə edilsə, yalnız “sladkiy stol”lara icazə veriləcəyi ilə bağlı informasiyalar yayılıb.

Görəsən, yayılan informasiyalar həqiqəti nə dərəcədə əks etdirir?

Məsələ ilə bağlı Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov açıqlama verərək yayılan informasiyaların həqiqəti əks etdirmədiyini bildirib:

“Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasında toy mərasimləri ilə bağlı yayılan informasiyalar absurd fikirlərdir, həqiqəti əks etdirmir. Yas mərasimlərində israfçılığın olmamasını insanlarımız özləri də istəyir. Amma toy mərasimlərinin sifarişlə və ya dövlətin qanunları çərçivəsində keçirilməsi fikirləri yalan informasiyalardır. Kim istəyir çadırda, kim istəyir şadlıq sarayında toy mərasimini keçirə bilər. Kim hansı menyunu istəsə gələn qonaqlara təqdim edə bilər. Kimsə öz övladına toy edirsə onun necə keçirilməsinə və masaya hansı yeməklərin qoyulmasına kimsə inzibati yolla müdaxilə edərmi? Bunu uyduranların məqsədi nədir? Toy xalqımızın milli adət-ənənəsidir və min illərin sınağından çıxmış bu cür gözəl adətlərimizə kimsənin kölgə salmağa haqqı yoxdur”.   (naxcivanxeberleri.com)

Paylaş: