Ca. Dek 12th, 2019

İŞİD məğlub oldu, ABŞ istəyinə çatmadı – Ekspert

Cənab Boltonun açıqlaması daha əvvəl ABŞ Prezidentinin Suriya iqtisadiyyatı üçün pul xərcləmək istəmədikləri barədə dediklərinin məntiqli davamıdır.

Turkustan.info xəbər verir ki, bunu Yaxın Şərq üzrə ekspert Abbas Cümə deyib. O, ABŞ-ın əsas məqsədinin Suriyanı dağıtmaq olduğunu bildirib:

“ABŞ Suriyanı yıxmaq üçün gəlib. Dağıtmaq isə düzəltmək deyil. Onlar İŞİD-ə qarşı mübarizə apardıqlarını deyirlər, amma əlavə işlər üçün pul xərcləmək istəmirlər. Bilsinlər ki, İŞİD məğlub olub. Paytaxtı Rakka dağıdılıb. Şəhərdən geriyə sadəcə dağıntılar qalıb və bərpa edilmir. ABŞ-da “nə edə bilərik ki?!” deyir. Bu onların mövqeyidir.

Bir tərəfdən Yaxın Şərqi terrorçulardan azad edən sülh göyərçinləri kimi davranırlar, digər tərəfdən də əlavə heç bir şeylə maraqlanmırlar. Əlbəttə, Suriyanı niyə bərpa etsinlər ki? Əsas məqsədlərinə çatmayıblar. Bəşər Əsəd hələ də iqtidardadır. Düşmənə nəyə görə yardım etməlidirlər? Onlar bura Suriya xalqına yardım etmək üçün gəlməyiblər”.

Ekspert Suriya məsələsində ABŞ-ın Rusiyaya təsir etməyə çalışıdığını deyib:

“Onlar yalanlarla Rusiyaya təsir etməyə çalışır ki, hesabı ruslar ödəsin. Rusiya Suriyaya ABŞ-ın yarımçıq işlərini görmək üçün yox, Dəməşqin dəvəti ilə terrorçuları məhv etməyə gedib. Rusiya Suriya xalqının bu dəhşətdən sonra necə yaşayacağını düşünən yeganə ölkədir. Rusiya Hərbi Hava Qüvələrinin köməkliyi ilə azad edilən ərazilər indi pis yaxşı bərpa olunur. ABŞ isə bütün bunların qarşısını almağa çalışır”.  /Axar.az/

Paylaş: