Ç. Dek 11th, 2019

Mehman Müseynovla bağlı hakim QƏRAR VERDİ

Bu gün həbsdə olan video bloqer Mehman Hüseynovun vaxtından əvvəl azadlığa çıxmaq üçün etdiyi müraciətlə bağlı məhkəmə prosesi keçirilib.
Turkustan.info-nun  “Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara əsasən, M.Hüseynovun müraciəti təmin edilməyib və M.Hüseynov azadlığa buraxılmayıb.
M.Hüseynov polisə böhtan atmaqda təqsirli bilinərək Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş: