Şb. Sen 21st, 2019

Prezident İlham Əliyev sərəncam imzaladı: Yeni TƏYİNAT

Prezident İlham Əliyev sərəncam imzalayıb.
Turkustan.info xəbər verir ki, dövlət başçısı Elbrus Saleh oğlu İsayevi Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edib.
Qeyd edək ki, Elbrus İsayev1979-cu ildə Naxçıvan şəhərində anadan olub. 2000-ci ildə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin Magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosentidir. 2001-ci ildən Universitet Elmi Şurasının üzvüdür. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb. 2006-cı ildə Böyük İpək yolu və Naxçıvan mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İctimai-siyasi şöbəsində redaktor vəzifəsində çalışıb, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin müəllifidir.  /A24.Az/

Paylaş: