22 Yanvar 2021 09:39

Yeni icra başçısı sakinlərin şikayətini dinlədi, tapşırıq verdi

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaş qəbulu keçirib.

Turkustan.info xəbər verir ki, qəbulda 45-ə yaxın Gəncə sakininin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər üstünlük təşkil edib.

Həmçinin fərdi məşqulluq layihəsinin dəstəklənməsi, əlillik statusunun alınması ilə bağlı da müraciət edənlər olub. Bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.  /Modern.az/

Paylaş: