25 May 2020 22:52

Etibar Pirverdiyev cinayət məsuliyyətinə cəlb oluna bilər

“Milli Məclisdə onun fəaliyyətsizliyi və vəzifədə olduğu dövrdə baş verən qanunsuzluqlarla bağlı çox kəskin çıxışlarım olub. Belə hesab edirəm ki, Mingəçevirdəki enerji qəzası məhz Etibar Pirverdiyevin yarıtmaz fəaliyyətinin nəticəsi idi. Ölkə zülmətə qərq olan vaxt Pirverdiyevin alternativləri harada idi?!”
Turkustan.info xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib. O, Pirverdiyevin fəaliyyətini heç vaxt qənaətbəxş hesab etmədiyini dilə gətirib:
“Ayrılan pullar hara sərf edilib?! Ümumiyyətlə mən heç vaxt Pirverdiyevin işini qənaətbəxş hesab etməmişəm. Əgər Komissiya obyektiv araşdırma aparıbsa, onun əməlində təkcə Mingəçevirdə baş verən hadisə ilə bağlı deyil, ümumiyyətlə işlədiyi dövrdə baş verən qanunsuzluqlara qiymət verilməlidir.
Çünki bunun üçün kifayət qədər faktlar var və təbii ki, bu faktlara qiymət verilə bilər. Amma cənab Prezident əgər onu işdən azad etməklə kifayətlənibsə, məsələnin digər tərəfinin məsuliyyəti hüquq-mühafizə orqanlarının öhdəsinə düşür”.
Ç.Qənizadə yeni təyin olunmuş Baba Rzayevin bu sahədə olan problemlərin öhdəsindən gələcəyinə inandığını vurğulayıb.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri