25 May 2020 20:30

Paşinyan Kremlə qarşı kobud səhvə yol verdi… – Sərkisyan

Ermənistanın yeni hökuməti Rusiya ilə münasibətlərdə bir sıra kobud səhvlərə yol verib və indi barışıq yolları axtarmaq məcburiyyətindədir.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Demokratik Partiyasının lideri Aram Sərkisyan deyib.

“Ermənistanın indiyə qədər tam müəyyən edilmiş xarici siyasət doktrinası yoxdur. Biz ya özümüzü Rusiyanın strateji müttəfiqi kimi göstəririk, ya da Avropaya doğru yönəlirik. Yeni hakimiyyətin təcrübəsizliyi gərgin stiuasiyanı daha da dərinləşdirir.

Mən hələ də anlamıram ki, beynəlxalq səviyyəli məmura qarşı cinayət işi qaldırmaqla Rusiya ilə münasibətləri korlamaq nəyə lazım idi? Gecə saat 12:00-da Cənubi Qafqaz Dəmiryolları QSC-nin ofisinə girmək kimin nəyinə lazım idi? Bu məsələləri normal yollarla həll etmək mümkün deyildimi?” – deyə o bildirib. /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri