25 May 2020 22:22

Paşinyan Lavrovu ələ saldı – “Bəli, bu gün həqiqətən də istidir”

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı son bəyanatını şərh edərkən onu ələ salıb. 
Turkustan.info erməni KİV-nə istinadən bildirir ki, Lavrovun Ermənistanda proseslərin qaynamasilə bağlı bəyanatına şərh istəyən jurnalistlərə Paşinyan, “Bəli, bu gün həqiqətən də istidir.” – cavabını verməklə havanın isti keçməsinə işarə edib.
Erməni KİV-ri yazır ki, bununla da Paşinyan Lavrovun xəbərdarlığını saymazdan gəlib və Rusiya XİN rəhbərini məsxərəyə qoyub. 

Qeyd edək ki, ötən gün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Lavrov bəyan edib ki, “Ermənistanda 10 il əvvəlki hadisələr araşdırılır və həbslər icra edilir. Bu, Ermənistanın daxili işi olsa da, çox istəyirik ki, bütün bu daxili işlər möhkəm qanuni zəminə söykənsin. Ermənistanda vəziyyətin qaynamağa davam etməsi bizi narahat edir.”   /AzVision.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri