C. Sen 20th, 2019

“Ermənistan 4-5 hərbi qulluqçusunu itirib, bunu ictimaiyyətdən gizlədir” – MN

“Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir”.
Turkustan.info bildirir ki, bu barədə BakuPost-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil, dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır.
“Azərbaycan tərəfindən fərqli olaraq əksinə son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir. O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır”, – deyə nazirliyin məlumatında qeyd olunub.

Paylaş: