C. Sen 20th, 2019

Kəlbəcərin 48 min ha. torpaq sahəsini Ermənistana kim verdi – ARAŞDIRMA

1951-ci il Azərbaycan SSR Ali Sovetinin yay sessiyasında müzakirə edilən məsələlərdən biri də, Ermənistana yaylaq və qışlaq sahələri üçün torpaq sahələrinin verilməsi məsələsi də müzakirə edilirdi…

Kəlbəcər rayonunun 28 min ha. biçənək-yaylaq və 20 min ha. əkənək-qışlaq olmaqla ümumi sahəsi 48 min ha. torpaq sahələrinin Ermənistana verilməsi barədə…

Həmin sessiyada Ali Sovetin rəyasət heyətində E.C.Akopov (rəyasət heyətinin sədr müavini), H.A.Abramova (rəyasət heyətinin üzvü), A.B.Martirosov (rəyasət heyətinin üzvü), A.S.Tatarenko (rəyasət heyətinin üzvü), deputatlardan L.P.Beriya, A.İ.Mikoyan, K.M.Malenkov, İ.M.Molotov iştirak edirdilər…
1951-ci il, Azərbaycan SSR Nazirlər Sovetinin 156 №-li Qərarı ilə Kəlbəcər rayonunun 28 min ha. biçənək-yaylaq və 20 min ha. əkənək-qışlaq olmaqla ümumi sahəsi 48 min ha. torpaq sahələrinin Ermənistana verilməsi məsələsi Azərbaycan SSR Ali Sovetinin sessiyasında qəbul edildi…

1991-ci ildə Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilirdi…

Azərbaycan SSR xalq deputatları seçkiləri üzrə 231 №-li Almalıq seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd, Azərbaycan KP MK-nın II katibi Viktor Petroviç Polyaniçkonun seçkiqabağı platformasının 4-cü bəndində deyilirdi:

1951-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin 156 nömrəli qərarı ilə Kəlbəcərdən alınmış 28 min ha. biçənək-yaylaq və 20 min ha. əkənək-qışlaq olmaqla ümumi sahəsi cəmi 48 min ha. torpaq sahələrinin Kəlbəcərə qaytarılmasını təmin etmək…

Mirvari Verdiyeva
ADPU-nun dosenti, fəlsəfə doktoru

/kalbajar.com/

Paylaş: