C. Sen 20th, 2019

NATO-nun döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb

NATO-nun İkinci daimi hərbi dəniz qrupunun döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb.

Turkustan.info xəbər verir ki, bunu ixtisaslaşmış Qərb dəniz resurslarının monitorinq məlumatlarına istinadən “İnterfax” yazıb.

Bildirilir ki, indi Şərqi Aralıq dənizi ərazisində Kanada, Yunanıstan və Niderlandın hərbi dəniz qüvvələrinin gəmiləri keşik çəkir.

Bundan əvvəl Suriya sahillərində Böyük Britaniya Kral donanmasının 10 ədəd qanadlı “Tomaqavk” raketi ilə təchiz edilmiş “Talent” zərbəçi atom sualtı qayğıı da nəzərə çarpıb. Bundan başqa bölgədə artıq ABŞ-a məxsus 3 raket gəmisi-USS Carney, USS Ross və USS Winston S. Churchill görüntülənib.   /Cebhe.info/

Paylaş: