C. Sen 20th, 2019

Paşinyan Azərbaycanı Putinə şikayət etdi

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı Tavuş və Vayotdzor vilayətlərinin sərhədyanı kəndlərini atəşə tutmaqda ittiham edib.

Turkustan.info Ermənistasn KİV-nə istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan buna görə beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanladıqlarını deyib.

“Bəli, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişik. İlk növbədə isə ATƏT-in Minsk Qrupunun mənzil-qərargahına, Anjey Kasprşikə müraciət ünvanlamışıq.

O, Azərbaycanın Tavuş və Vayotdzor vilayətlərində sərhədyanı kəndləri atəş altında saxlamaqda ittiham edib. /Modern.az/

Paylaş: