Şb. Sen 21st, 2019

Etimad İsmayılov Türk bayrağına büküldü – Vida mərasimindən FOTOLAR+VİDEO

Dünən gecə İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov üçün bu gün İstanbulda vida mərasimi təşkil olunub.

Turkustan.info xəbər verir ki, vida mərasimində Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu başda olmaqla, ölkənin bir sıra ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Cənazə namazının qılınmasından sonra mərhumun nəşi Vətənə göndərilmək üçün hava limanına götürülüb. Mərasim haqqında TRT1, TRT Türk və başqa kanallar xəbər yayınlayıb.

E.İsmayılovun sabah Nardaranda dəfn ediləcəyi bildirilir.

Turkustan.info İstanbulda E.İsmayılovla vida mərasimindən fotoları təqdim edir:

 

Paylaş: