Raquf Orucovla bağlı MÜHÜM İŞ
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilis dilli Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb.
Bu barədə Turkustan.info-ya MEK-dən məlumat verilib. Məqalədə aprel döyüşlərinin qəhrəman oğullarından biri olan Raquf Orucov haqqında geniş məlumat verilib. Vikiməqalədə onun həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumatlar yer alıb.