Be. Avq 19th, 2019

ADAU-nun Aqronomluq fakültəsinin 1-ci kurs qız tələbələri ilə görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin birinci kursuna qəbul olan qız tələbələri ilə görüş keçirilib. Görüşdə Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova, fakültə dekanı Məhərrəm İsmayılov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova, Əməkdar müəllim Zemfira İsmayılova iştirak edib.

  Əvvəlcə dekan Məhərrəm İsmayılov görüşün məqsədini açıqlayıb və bildirib ki, sizin bütün addımlarınızdan oxuduğunuz illərdə biz məsuliyyətliyik. Siz təkcə kadr kimi yox həm də gələcəyin ailə xanımı, milli qeyrətimiz kimi formalaşmalısınız. Elə bu baxımdan da sizinlə Universitetimizin seçilən xanım müəllimləri söhbət aparacaq, daha doğrusu səmimi tövsiyyələr eşidəcəksiniz.

 Görüşdə iştirak edən Aidə Qasımova, Zemfira İsmayılova və Aynur Həsənova daxili intizam və davranış qaydaları, qrupda tələbələrlə münasibətlərin necə qurulması, eləcə də yataqxanada yaşayış normaları haqqında ətraflı məlumat veriblər, tovsiyyələrini bildiriblər.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov da görüşdə  iştirak edib,  tələbə qızlara öz məsləhətlərini verib, onlara  təbriklərini çatdırıb.

Paylaş: