Şb. Noy 16th, 2019

Niderland Jurnalistlər Birliyi soydaşımızdan nə yazıb?

Niderland Jurnalistlər Birliyinin (Onfile) saytında Niderlandda yaşayan soydaşımız, jurnalist, Niderland Jurnalistlər Bilriyinin üzvü,  Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov haqqında məlumat yerləşdırılıb.  
Yenilənmiş saytın bazar günü təqdimatı olub. Bu barədə məlumatı disapor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.  
Onun sözlərinə görə soydaşımız haqqında məlumatda onun bir jurnalist kimi Azərbaycan və ümumilikdə Qafqaz ölkələri, Yaxın Şərq mövzularına  maraq etdiyi sahələr kimi göstərilib. Şoydaşımızın qısa bioqrafiyası ilə yanaşı onun Azərbaycan və Niderland mətbuatında gedən bəzi yazıları və bu yazılara keçid linkləri verilib ki, bu yazılar içərisində Azərbaycan Demokratik Respuplikasının 100 illiyindən, Azərbaycan torpaqlarının Ermənistan tərəfədən işğal olunmasından və.s. bəhs edən yazılar da var. 

Paylaş: