Bz. Noy 17th, 2019

UKRAYNA ETİRAF ETDİ – “Qondarma respublikanın liderini biz öldürmüşük!” – VİDEO

Dünən Ukraynada qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko səhər saatlarında sui-qəsd nəticəsində öldürülüb.
Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, Ukraynada 2014-ci ildə başlayan daxili döyüşlərdən sonra Rusiya tərəfdarlarının tək tərəfli olaraq müstəqilliyini elan etdiyi Donetsk Xalq Respublikasının 42 yaşındakı lideri Zaxarçenkonun ölümündən bir neçə dəqiqə öncənin görüntüləri yayılıb.
Belə ki, liderin korteci restorana yaxınlaşır və Zaxarçenko maşından düşərək qadın mühafizəçi ilə birlikdə məkana daxil olur. Daha sonra uzaqdan idarə edilən bomba həmin an partladılır. 
Donetsk Xalq Respublikası bu hadisədə Ukraynanı ittiham edib və bunu terror adlandırıb.
Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti hadisədə onların əli olduğunu, liderin keçmiş məhkum tərəfindən törədildiyini və məkana 1,5 ton bomba basdırıldığını etiraf edib.
Zaxarçenkonun öldürülmə anının videogörüntülərini təqdim edirik:

/BakuPost/

Paylaş: